Karantin rejimində məhdudlaşdırıcı tədbirlər deputatın şəxsi və xidməti avtomobillərinə də şamil edilməyəcək


Digərləri 07 Apr 2020 13:26:00 123 0

Karantin rejimində məhdudlaşdırıcı tədbirlər deputatın şəxsi və xidməti avtomobillərinə də şamil edilməyəcək

Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılacaq. 

Son.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi. 

Qanun layihəsinin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.