Təhsil Nazirliyi: "Azərbaycanda teledərslərə “60cı illərin texnologiyası” deyənlər də oldu"


Digərləri 07 Apr 2020 13:47:00 163 0

Təhsil Nazirliyi: "Azərbaycanda teledərslərə “60cı illərin texnologiyası” deyənlər də oldu"

Azərbaycanda 11 mart tarixində (məktəblərin bağlanmasından 7 gün sonra) bütün ölkə ərazisində yayımına başlanmış teledərslərə "60-cı illərin texnologiyası" deyənlər də oldu. Azərbaycandan başqa bütün ölkələrin "bir düyməni sıxmaqla" distant təhsilə keçdiyi də iddia edildi. Bu fikir, yumşaq desək, kiminsə təxəyyülündən başqa bir şey deyildi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, Böyük Britaniya 20 aprel tarixindən BBC kanalında bütün ölkəyə yayımlanacaq teledərslərə start verir:

"Bu təşəbbüsə ölkədə hər bir şagirdin məktəb proqramından geri qalmaması məqsədilə başlanılır. "BBC Bitesize Daily" adlanacaq dərslər 14 həftəni, əsas fənləri və bütün sinifləri (5-14 yaş) əhatə edəcək. Dərslər hər gün yayımlanacaq və sonradan təkrar baxılmaq üçün onlayn resurslara yerləşdiriləcək. Bu BBC kanalının tarixində ən böyük təhsil layihəsi olacaq".

E.Məmmədov Böyük Britaniyada məktəblərin mart ayının 20-dən bağlanıldığını, teledərslərə isə məktəblərin bağlanmasından düz 1 ay sonra başlanıldığını söyləyib: