Özünüzü, övladlarınızı qoruyun ki...


Digərləri 07 Apr 2020 13:38:42 163 0

Özünüzü, övladlarınızı qoruyun ki...

İndiyə qədər dünyada 1 milyondan çox insan yeni tip koronavirus olan və Covid-19 adlandırılan virusa yoluxub. Eyni zamanda, bu yeni tip virus insanların əksəriyyətində çoxlu suallar doğurub. Elmi işləri davam etdirən mütəxəssislər deyirlər ki, belə virusu tamamilə anlaya bilmək indi hələ çox tezdir.

Dünyada gerçək fəlakətə çevrilmiş COVİD-19 koronavirusu ilə Azərbaycan da mübarizə aparır.

Ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda 4369 nəfər karantindədir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.

Bu, statistikadır.

Reallıq isə daha acıdır, çünki vətəndaşlarımız arasında hələ də koronavirus təhlükəsinə inanmayanlar, çox məsuliyyətsiz davrananlar, özünün yoluxma riskini bilərəkdən artıran və bununla da ətrafındakılar üçün virus daşıyıcısına çevrilmə təhlükəsinə çevrilənlər var.

Onlar hələ də anlamırlar ki, coronavirus "masonların, imperialistlərin, böyük dövlətlərin qəsdən yaydıqları xəstəlik" deyil, oyun deyil, zarafat deyil.

Karantin rejimi qaydalarına məhəl qoymayan, bu rejimdə tətbiq olunmuş SMS icazəsi sistemini ələ salan laqeyd və məsuliyyətsizləri anladıq. Onların islah olunma, anlama, dərk etmək şansları var.

Lakin bir qrup adam da var ki, onların adekvat olacaqlarına, açığını desəm, ümidim çox azdır.

Bu insanlar Azərbaycanda tətbiq olunmuş karantin rejimini "tənqid" edir, "diktatura, insan haqlarının kobud pozuntusu" kimi qələmə verirlər. Bəziləri isə marazmın səviyyəsini daha da artıraraq "karantin rejimini pozanları cərimələmək adı ilə vətəndaşları qarət edirlər" deyirlər.

Absurd iddialar, aşkar demaqogiya olan ifadələr sosial şəbəkələrdə tirajlanır. Xüsusi canfəşanlıq göstərənlərsə ABŞ-da və Avropa Birliyi ölkələrində mühacir həyatı yaşayan, sifariş yerinə yetirən və özlərini "müstəqil bloqer" kimi qələmə verməyə çalışan kəslərdir.

Onların arqumentlərinə nəzər salaq və reallıqla müqayisə edək.