Ana 4 yaşlı oğlunu boğub öldürdü


Dünya 07 Apr 2020 13:27:00 122 0

Ana 4 yaşlı oğlunu boğub öldürdü

Ana 4 yaşlı oğlunu boğaraq öldürüb.

Son.az haberglobal-a istinadla xəbər verir ki, dəhşətli olay Türkiyənin Denizli vilayətində yaşanıb.

35 yaşlı Nagihan K. adlı qadın gecə otağında yatan 4 yaşlı oğlu A.S.K-nı boğaraq öldürüb. O, daha sonra bacısına zəng edərək, ondan yardım istəyib.

Uşağın xalası onun cəsədini görəndə dəhşətə gəlib. O, hadisə yerinə həkim və polis çağırıb.

Cinayəti törədən şəxs saxlanılıb, məsələ ilə bağlı araşdırma aparılır.