Gürcüstan prezidenti 9 qadın məhbusu əfv etdi


Dünya 07 Apr 2020 13:01:12 121 0

Gürcüstan prezidenti 9 qadın məhbusu əfv etdi

Gürcüstan prezidenti Salome Zurabişvili Blaqoveşşeniye bayramı ilə əlaqədar əfv sərəncamı imzalayıb.

Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili Blaqoveşşeniye bayramı ilə əlaqədar əfv sərəncamı imzalayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sərəncamla 9 məhkum qadın azadlığa buraxılıb.

Əfv olunanların bir və ya bir neçə azyaşlı övladı var və onların törətdikləri cinayət əməlləri ağır cinayətlər kateqoriyasına aid deyil.

Qadınlar bu gün cəzaçəkmə müəssisələrini tərk edəcəklər.