Aprelin 8nə olan teledərslərin proqramı açıqlanıb FOTO


Digərləri 07 Apr 2020 12:45:46 126 0

Aprelin 8nə olan teledərslərin proqramı açıqlanıb  FOTO

"Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" verilişinin aprelin 8-i üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

"Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist...) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.