“Toyota” maska istehsalına başlayacaq


Dünya 07 Apr 2020 12:52:00 115 0

“Toyota” maska istehsalına başlayacaq

Yaponiyanın "Toyota Motor" avtomobil şirkəti koronavirus epidemiyası ilə əlaqədar qoruyucu maska istehsalına başlayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, şirkətin istehsalı olan maskalar şəffaf plastik örtüklə təmin olunacaq ki, bu da təkcə şəxsin ağız boşluğunu deyil, bütün üzünü qoruyacaq.

Şirkət bəzi maska partiyalarını qıtlıqla üzləşən tibb müəssisələrinə də yollayacaq.

Qeyd edək ki, bu günədək Yaponiyada 3 906 nəfər koronavirusa yoluxub, 92 nəfər həyatını itirib.