Niyazi Səfərov: "Sənaye parklarında ixtisarlar yoxdur"


İqtisadiyyat 07 Apr 2020 12:41:18 135 0

Niyazi Səfərov: "Sənaye parklarında ixtisarlar yoxdur"

"Azərbaycanın sənaye parklarının ərazisində yerləşən müəssələrdə işçilərin ixtisarı aparılmır".

© Report — Niyazi Səfərov

"Azərbaycanın sənaye parklarının ərazisində yerləşən müəssələrdə işçilərin ixtisarı aparılmır".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Sumqayıt Kimya Sənaye Parkı" MMC-dəki tibbi maska istehsalı üzrə fəaliyyətə başlamış müəssisəyə təşkil edilmiş infoturda bildirib.

"Səneya parklarının rezidentləri işçilərin məşğulluğunu təmin edir. Bu, Sumqayıtla yanaşı digər sənaye parklarına da aiddir", - deyə o, qeyd edib.

"Dünyada koronavirus pandemiyası iqtisadiyyata, sosial duruma, əhaliyə çox ciddi problemlər yaradır. Belə vəziyətdə makroiqtisadi və maliyyə sabitliyinin saxlanılması, məşğulluğun təmin edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının tapşırığına uyğun olaraq, İqtisadiyyat Nazirliyində koronavirus pandemiyası ilə bağlı ən ciddi təsirə məruz qalmış iqtisadi fəaliyət sahələrindəki sahibkarlarla görüşlər keçirilib, onların arzu və təklifləri dinlənilib. Bununla əlaqədar 4 işçi qrup yaradılıb. Tələbələrin, digər vətəndaşların iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində, ümumiyyətlə iqtisadi subyektlərə dəstək göstərilməsi üçün prezident tərəfindən 1 milyard manat vəsait ayrılıb. Keçirilmiş qiymətləndirmələr onu göstərib ki, vəsait kifayət etmir. Bu vəsaitin 2,5 milyard manata qədər artırılması gözlənilir" - deyə nazir müavini əlavə edib.