Səudiyyə Ərəbistanında komendant saatı tətbiq edildi


Dünya 07 Apr 2020 12:19:28 128 0

Səudiyyə Ərəbistanında komendant saatı tətbiq edildi

Bir neçə şəhərin sakinləri yalnız təxirəsalınmaz iş üçün küçəyə çıxa bilərlər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və əsas liman şəhəri Ciddədə komendant saatı tətbiq edilib.

“Report” SPA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ər-Riyad və Ciddədən başqa bir neçə şəhərin sakinləri səhər saat 06:00-dan 15:00-dək yalnız təxirəsalınmaz iş üçün küçəyə çıxa bilərlər.