Azərbaycan daxili istehsal hesabına tibbi maska tələbatını tam təmin edəcək


Digərləri 07 Apr 2020 12:30:00 128 0

Azərbaycan daxili istehsal hesabına tibbi maska tələbatını tam təmin edəcək

Azərbaycana bu günə qədər tibbi maskalar idxal olunurdu. Yeni açılan müəssisənin fəaliyəti ilə idxaldan asılılığımız bitəcək və biz özümüzü tibbi maska təmin edəcəyik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki həftə ərzində sahibkar tərəfindən müəssisə üçün lazımi avadanlıq və xammal alınıb:

"Burada insanların qorunması və gigiyenik vəziyyətin lazımi səviyyədə saxlanılması üçün tibbi spirtlər və dezinfeksiya vasitələri də istehsal olunur".

N.Səfərov qeyd edib ki, "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin investisiya xərcləri 3,9 milyon manat təşkil edir: