"Koronavirus mətbuatın uydurmasıdır" deyən


Dünya 07 Apr 2020 12:03:00 285 0

"Koronavirus mətbuatın uydurmasıdır" deyən

Koronavirusun mövcudluğuna inanmayan şəxs bu virusdan ölüb.

Son.az bildirir ki, bu barədə məlumat Britaniyanın "Mirror" nəşrində yer alıb.

"Koronavirus mətbuatın uydurmasıdır", - deyən keşiş Mardi Gras festivalında iştirak edən zaman bu virusa yoluxub.

ABŞ-ın Virciniya ştatında yaşayan Landon Spradlin adlı keşişin koronavirus testinin nəticəsi müsbət çıxıb. 66 yaşlı keşiş bu virusdan dünyasını dəyişib.

O, virusa yoluxmazdan əvvəl koronavirusu ələ salan paylaşımlar etmişdi.