Gürcüstanın Azərbaycandakı səfirliyi humanitar aksiya keçirib


Siyasət 07 Apr 2020 11:18:13 136 0

Gürcüstanın Azərbaycandakı səfirliyi humanitar aksiya keçirib

Gürcüstan hökumətinin tapşırığına əsasən bu ölkənin Azərbaycandakı səfirliyi humanitar aksya təşkil edib.

Gürcüstan hökumətinin tapşırığına əsasən bu ölkənin Azərbaycandakı səfirliyi humanitar aksya təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycan Respublikasının Prezident Administrasiyası ilə razılaşdırılan aksiya gürcülərin sıx yaşadığı Qax, Zaqatala və Balakən rayonlarını əhatə edib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Qax şəhərində poliklinika və Əlibəyli kəndindəki xəstəxanaya baş çəkib. Aksiya çərçivəsində Alatəmir, Əlibəyli və Kötüklü kəndlərində yaşayan çoxuşaqlı, sosial təmiantsız ailələr və fiziki imkanları məhdud şəxslərə ilkin tələbat məhsulları və Gürcüstanda istehsal olunan sanitar-gigiyenik vasitələr təqdim olunub.