“Yeni peyvənd və müalicə haqda yaxşı xəbərlər var”


Digərləri 07 Apr 2020 11:19:00 137 0

“Yeni peyvənd və müalicə haqda yaxşı xəbərlər var”

Yeni peyvənd və müalicə üsulları ilə bağlı yaxşı xəbərlər eşidirik. Hazırda tədqiqatlar davam edir. 50-yə yaxın peyvənd üzərində araşdırmalar aparılır.

Son.az xəbər verir ki, bunu ÜST-ün Covid 19 üzrə sözçüsü Marqaret Harris REAL TV-yə müsahibəsində deyib. O qeyd edib ki, əvvəllər istifadə olunan bir peyvənd var: "Bu peyvənd lisenziyalıdır. Onun müəyyən insanları qoruduğu ehtimal olunur. Söhbət BSJ kimi tanıdığımız vaksindən gedir. Lakin bu peyvəndin üzərində araşdırma hələ başa çatmayıb. Ona görə onun müsbət təsir edib-etməyəcəyindən hələlik əmin deyilik.

50 yeni peyvənd üzərində də iş gedir. Təəssüf ki, həmin peyvəndlər uzun müddət ərzində sınaqdan keçirilməlidir. İnsan üzərində tətbiq etməzdən əvvəl onların təhlükəsizliyindən əmin olmalıyıq. Bu testlər azı 12 ay çəkəcək. Müalicə üsulları üzərində də böyük araşdırmalar aparılır. Müsbət təsirləri olduğu ehtimal edilən 4-5 üsul sınaqdan keçirilib. 46-dan çox ölkə Ümumdünya Səhiyyə Təşkilatının koordinasıyası ilə tədqiqatlara qoşulub. Buna həmrəylik sınaqları deyirik. Müxtəlif ölkələrdə aparılan sınaqların hansının daha yaxşı olduğu tədqiq edilir. Bu barədə məlumat əldə etdikdə bütün dünyaya xəbər verəcəyik. Lakin indiki halda ən vacib məsələ xəstəliyə yoluxmamaqdır".

M.Harris Avstraliyada heyvanlar üzərində aparılan tədqiqatdan da danışıb. O bildirib ki, heyvanlar üzərində tətbiq uğurla nəticələnib: "Növbəti mərhələ isə onun insan üzərində aparılmasıdır. İnsanlar üzərində aparıldıqdan sonra bu barədə danışmaq olar".