Bakının daha bir küçəsində yenidənqurma işləri yekunlaşır


İqtisadiyyat 07 Apr 2020 10:46:17 131 0

Bakının daha bir küçəsində yenidənqurma işləri yekunlaşır

Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyinin layihələndirdiyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin icra etdiyi yenidənqurma işləri yekunlaşmaq üzrədir

Bakının Xətai rayonunun Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyinin layihələndirdiyi,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin icra etdiyi yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Bu barədə “Report”a Agentikdən məlyumat verilib.

Məlumata görə,küçənin layihələndirilməsi zamanı yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir dizayn elementlərindən istifadə edilib.

Yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb. Kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib, cib tipli parklanma yerləri təşkil edilib, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.

Eyni zamanda Məzahir Rüstəmov küçəsinin Seyid Əzim Şirvani küçəsi ilə kəsişməsində hərəkət təhlükəsizliyinin artırılması məqsədilə işıqfor quraşdırılır.