“Ceyms Bondun sevgilisi” vəfat etdi


Digərləri 07 Apr 2020 09:51:00 122 0

“Ceyms Bondun sevgilisi” vəfat etdi

94 yaşlı aktrisa Honor Blekman Britaniyada vəfat edib.

Son.az axşam.az-a istinadən bildirir ki, öz evində dünyasını dəyişən sənətçinin heç bir xəstəliyi olmayıb.

Qeyd edək ki, Honor Blekman "Qızılbarmaq" filmində Ceyms Bondun sevgilisi obrazını canlandırıb. 

O, eyni zamanda "Bridcit Cons gündəliyi", "Stenli Kubrik olmaq", "Mister Pitkin düşmən arxasında" kimi filmlərdə də çəkilib.