“Xiaomi” şirkəti “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib


Digərləri 07 Apr 2020 08:41:00 128 0

“Xiaomi” şirkəti “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib

Çinin "Xiaomi" şirkəti yeni "Redmi 8A Pro" ucuz smartfonunu təqdim edib. İndoneziyada təqdim edilmiş aparat Hindistanda "Redmi 8A Dual" adlandırılıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, smartfon 5000 milliamper/saat tutumlu akkumulyator, "Snapdragon 439" prosessoru, "Gorilla Glass 5" şüşəsi ilə qorunan 1520x720 piksel təsvir ölçülü 6,22 düymlük ekranla təchiz edilib. Həmçinin 13 və 2 mp-lik iki modullu əsas kamera və 8 mp-lik ön kamera quraşdırılıb.

2 QB əməli yaddaş və 16 QB daxili yaddaşa malik modifikasiyanın dəyəri 93 dollar, 3 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşa malik versiyanın qiyməti isə 99 dollar məbləğində qiymətləndirilib.