Analitiklər pandemiyanın İT bazarına təsirini qiymətləndiriblər


Digərləri 07 Apr 2020 08:51:00 124 0

Analitiklər pandemiyanın İT bazarına təsirini qiymətləndiriblər

"IDC" analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə qlobal informasiya texnologiyaları bazarının həcmi valyuta kursunun dəyişilməsi nəzərə alınmadan 2,7% azalacaq. "COVID-19" pandemiyası qlobal iqtisadiyyata təsir edir və bir çox şirkətləri qısamüddətli perspektivdə öz xərclərini azaltmağa məcbur edir.

Son.az ictnews.az-a istinadən bildirir ki, "IDC" analitik şirkəti hələ yanvarda 2020-ci ilin nəticəsinə görə İT sahəsində qlobal xərclərin 5,1% artımını proqnozlaşdırmışdı. Fevralda proqnoza düzəliş edilərək 4,3%-lik artım gözlənilirdi. Ancaq artıq martda artım proqnozu xərclərin azalması proqnozuna dəyişdirilib.

Bu il fərdi kompüter, planşet, smartfon və periferiya qurğuları üzrə xərclərin xeyli azalması gözlənilir. Cihazlara ümumi xərclərin həcmi 8,8% azalacaq.