Smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün texnologiya təqdim olunub


Digərləri 07 Apr 2020 08:21:00 112 0

Smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün texnologiya təqdim olunub

Karneqi-Mellon Universitetinin mütəxəssisləri smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün texnologiya hazırlayıblar. Adətən bunun üçün çoxlu kameraya malik xüsusi avadanlıqdan istifadə olunur.

Son.az ictnews.az-a istinadən bildirir ki, yeni texnologiyanın köməyilə insanın sifətinin 3D modelini yaratmaq üçün onu hər bir tərəfdən videoya çəkmək lazımdır. Bu proses 15-20 saniyə vaxt alır.

Bundan sonra alqoritmlər öz işini görür. Onlar insanın sifətini fondan ayıraraq ikiölçülü təsviri üçölçülüyə çevirirlər. Bütün bu prosesə 30-40 dəqiqə vaxt tələb olunur.