Bakıda azyaşlı öz qardaşının qulağını dişləyərək qoparıb


Digərləri 07 Apr 2020 08:23:00 128 0

Bakıda azyaşlı öz qardaşının qulağını dişləyərək qoparıb

Bakının Xətai rayonunda evdə 16 yaşlı yeniyetmə xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsində baş verib.

2004-cü il təvəllüdlü Ağayev Nəcəf Cəmil oğlu kiçik qardaşı ilə mübahisə edib. Azyaşlı onun qulağını dişləyib. Yaralı qulaq seyvanının cırılmış və qopmuş diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Həkimlər onun qulağına tikiş qoyub.