Kanadada 16667 nəfər koronavirusa yoluxub


Dünya 07 Apr 2020 08:03:00 110 0

Kanadada 16667 nəfər koronavirusa yoluxub

Son sutka ərzində Kanadada koronavirusa yoluxanların sayı 1,1 mindən çox artaraq 16,667 nəfər təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Hazırda 336 mindən çox insan koronavirus üçün testdən keçib. Ən çox yoluxanlar Kvebek (8580), Ontario (4347) və Alberta (1348) vilayətlərində aşkar olunub.

Nazirlik qeyd edib ki, pandemiya başlayandan bəri 702 nəfər xəstəxanaya yerləşdirilib.Onlardan 204 nəfər reanimasiyaya yerləşdirilib, qalanları evdə müalicə olunur.