“NASA” koronavirusla mübarizə ilə məşğul olacaq
Digərləri 07 Apr 2020 07:51:00 137 0
ABŞ Kosmik Agentliyi (NASA) bütün planeti bürüyən və on minlərlə insanın həyatına son qoyan koronavirus pandemiyası ilə mübarizəyə qoşulmaq niyyətindədir.
Son.az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, "NASA" 60 ildən çoxdur unikal tapşırıqları həll edir və hazırda bütün təcrübəsindən misli görünməmiş problem - koronavirusun yayılması ilə mübarizə üçün istifadə etməyi düşünür. "Agentlik pandemiyanın qarşısını almağa kömək üçün əməkdaşların intellektual və yaradıcılıq potensialından istifadə edir", - bəyanatda qeyd olunur.
Bildirilir ki, agentlikdə aşağıda qeyd olunan sahələr üzrə təkliflər qəbul edən "NASA@WORK" adlı daxili "crowdsourcing" platforması yaradılıb:
Effektiv fərdi qoruyucu vasitələrin yaradılması və ya fərdi qoruyucu vasitələrin sterilizasiyası və ya təkrar istifadəsi üsulları üzrə ideyalar;
Kütləvi istehsalına tez başlanılan süni ağciyər ventilyasiya sistemi layihələri;