Türkiyədə koronavirusdan ölənlərin sayı 649a çatıb


Dünya 07 Apr 2020 07:25:00 135 0

Türkiyədə koronavirusdan ölənlərin sayı 649a çatıb

Türkiyədə son 24 saat ərzində daha 75 nəfər koronavirusdan vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Naziri Fəxrəddin Qoca deyib.

Nazir bildirib ki, koronavirus qurbanlarının ümumi sayı 649 nəfər təşkil edib.

Onun sözlərinə görə, ölkədə 3148 yeni yoluxma halı qeydə alınıb, onların ümumi sayı 30217-ə çatıb.