Boris Conson reanimasiya şöbəsinə köçürülüb


Dünya 07 Apr 2020 07:15:00 132 0

Boris Conson reanimasiya şöbəsinə köçürülüb

Koronavirusa yoluxan Böyük Britaniya Baş naziri Boris Consonun vəziyyəti pisləşib, o intensiv terapiya şöbəsinə köçürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə hökumət başçısının Dauninq küçəsi 10-da yerləşən ofisi tərəfindən yayılan bəyanatda deyilir.

Sənəddə deyilir ki, aprelin 6-sı axşam baş nazirin vəziyyəti pisləşdi və həkimlərin tövsiyəsi ilə intensiv terapiya şöbəsinə köçürülüb:

"Baş nazir Xarici İşlər Naziri Dominik Raabdan lazım olduğu yerdə onu əvəz etməsini xahiş edib".