Koronavirusun inkubasiya dövrü 28 gündən də çox çəkə bilər Mütəxəsisslər


Digərləri 06 Apr 2020 23:52:00 171 0

Koronavirusun inkubasiya dövrü 28 gündən də çox çəkə bilər  Mütəxəsisslər

Ötən aya kimi dünyada mütəxəssislər koronavirusun karantin və inkubasiya dövrünün 14-16 gün çəkdiyinə əsaslanıb, xəstələri bu müddətdə təcridə alırdılar.

Lakin indi virusun 28 gün və daha gec də əlamətlərini biruzə verdiyi məlum olub.

Son.az medicina.az-a istinadən bildirir ki, inkubasiya dövrü yəni xəstə artıq virusa yoluxub, potensial yoluxdurucudur, lakin bunu nə özü, nə də ətrafı bilir. Hətta 28 gündən sonra da virus əlamətləri üzə çıxmaya bilər.

Medicina.az xəbər verir ki, buna görə də indi xəstələrin daha tez aşkarlanıb, daha uzun müddət xəstəxanaya və özünütəcridə alınması lazımdır. Hətta xəstə sağaldıqdan sonra da bir müddət yoluxdurma qabiliyyəti qalır. Ona görə xəstələr sağaldıqdan sonrakı 7 gün ərzində də buraxılmamalıdır.