Koronaviorus bu peşə sahiblərini İŞSİZƏ çevirəcək SİYAHI


Digərləri 06 Apr 2020 22:14:00 147 0

Koronaviorus bu peşə sahiblərini İŞSİZƏ çevirəcək  SİYAHI

Mütərəqqi Təhsil İnstitutunun mütəxəssisləri koronavirus pandemiyasının sonunda hansı peşələrin risk altında olacağını öyrənmək üçün araşdırma aparıb.

Son.az bildirir ki, araşdırmaya görə, ilk növbədə bu, turizm, moda, fitnes və stasionar iaşə sahələrində çalışanlara təsir göstərə bilər.

Zərbə altına düşən ilk peşə sahibləri turizm agentləri və bələdçilərdir. Onların şirkətləri artıq dünyada hərəkət məhdudiyyətləri səbəbindən öz fəaliyyətini dayandırıblar.

Bir sıra aviaşirkətlər də iflas həddinə çatdığına görə bir çox peşəkar mütəxəssislər yeni iş axtaracaq və hər sahədə rəqabət səviyyəsi artacaq. Bir çox fitnes müəllimi də yeni iş axtarmalı olacaq. Fitnes mərkəzləri məhdudiyyətlər üzündən ciddi şəkildə əziyyət çəkəcək, yenidən müştəriləri cəlb etməli olacaqlar. Bu sahədəki gənc mütəxəssislər buna görə rəqabətsiz olacaqlar.

Hökumətlər tərəfindən tətbiq olunan tədbirlər bir çox sənaye sahələrində avtomatlaşdırmaya səbəb olacaq. Onlayn xidmətlər inkişaf etdiriləcək.  Təhlilçilər, hüquq məsləhətçiləri, bank menecerləri, əczaçılar kimi ixtisaslaşmış şöbələrin nümayəndələri risk altına düşə bilərlər.