Karantinlə bağlı zarafatlar həqiqətə çevrildi BMT açıqlama yaydı


Dünya 06 Apr 2020 21:54:00 145 0

Karantinlə bağlı zarafatlar həqiqətə çevrildi  BMT açıqlama yaydı

Türkiyə, ABŞ və Fransada karantin müddətində qadına qarşı şiddət halları artıb.

Son.az medicina.az-a istinadən bildirir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib.

Baş katibin açıqlamasında COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi və sosial problemlərin, həmçinin məhdudiyyətlərin dünyada məişət zorakılığının artmasına gətirib çıxardığı bildirilib:

"Son bir neçə həftə ərzində bəzi ölkələrdə karantin səbəbindən zorakılığa məruz qalan və kömək istəyən qadınların sayı iki dəfə artıb".

O, hökumətləri bu müddətdə qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb.

Baş katib şiddətə məruz qalan qadınların yerləşə biləcəyi sığınacaqları açıq saxlamağa, həmçinin zorakılıq edənlərə qarşı hüquqi prosedurlara başlamağa səsləyib.