Arzu Nağıyev: Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı qarşısında imtahan verməlidir


Digərləri 06 Apr 2020 21:57:00 213 0

Arzu Nağıyev: Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı qarşısında imtahan verməlidir

Avropada koronavirus əleyhinə görülən tədbirlər onu göstərir ki, müəyyən bir vaxtda təmasların azaldılması ilə virusun yayılma zənciri qırılmalıdır. Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı qarşısında imtahan verməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ARB 24 Kanalının "Gündəm" verilişində birbaşa yayımda qonaq olan Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, virusa hər yaş qrupundan insan yoluxa bilər:

"Bu virus yaş fərqi qoymur. Sadəcə orqanizmin, immun sisteminin müqaviməti burada təsirli olur. Ölkəmizdə Prezident İlham Əliyevin göstərişi ili vaxtında tədbirlər görüldü, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Qərargahda cavabdeh qurumların aparıcı mütəxəssisləri yer alır. Onlar öz üzərinə düşən missiyanı yüksək səviyyədə görür".

Deputat bildirib ki, Azərbaycanda kifayət qədər süni nəfəs aparatı və test dəstləri əldə edilib:

"Ölkəmizdə son koronavirus statistiklarında müşahidə olunan artım test imkanlarının artması ilə bağlıdır. Əvvəllər məhdud sayda test var idi və çox az insan test edilirdi. İndi test imkanları artdıqca, rəqəmlərdə də artım müşahidə olunur".

A.Nağıyev qeyd edib ki, məhdudiyyətlər insanlarda sosial məsuliyyət yaratmalıdır: