Türkiyədə tibbi maskalar pulsuz paylanacaq


Dünya 06 Apr 2020 21:45:00 163 0

Türkiyədə tibbi maskalar pulsuz paylanacaq

Türkiyədə tibbi maskalar pulsuz olaraq paylanacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, maskaların satılması qəti qadağandır.

Dövlət başçısı yerli hakimiyyət orqanlarının "e-devlet" portalında və PTT poçt saytında sorğu göndərən bütün vətəndaşlara pulsuz maskalar paylamağa başlandığını deyib:

"Bir dövlət olaraq bütün vətəndaşlarımıza pulsuz maskalar təqdim etməkdə qərarlıyıq".