Regionlarda karantin rejimini pozan vətəndaşlar cərimələnirlər


Sosial 06 Apr 2020 21:33:12 166 0

Regionlarda karantin rejimini pozan vətəndaşlar cərimələnirlər

Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda&tətbiq olunan gücləndirilmiş karantin rejiminə regionlarda yaşayan&bəzi vətəndaşlar tərəfindən əməl olunmur və onlar polislər tərəfindən qanuna müvafiq qaydada cərimələnirlər.

Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycandatətbiq olunan gücləndirilmiş karantin rejiminə regionlarda yaşayanbəzi vətəndaşlar tərəfindən əməl olunmur və onlar polislər tərəfindən qanuna müvafiq qaydada cərimələnirlər.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayonunda polis əməkdaşları 5 vətəndaşı karantin rejimini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211 maddəsi ilə 100 manat məbləğində cərimə edib.

Zərdab rayonunda isə karantin rejimini pozan 8 nəfər 100 manat cərimələnib. Hazırda hər iki rayonda polis əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.