"Qızlarım ailələri ilə öz evlərində oturublar"


Kriminal 06 Apr 2020 21:35:00 168 0

"Qızlarım ailələri ilə öz evlərində oturublar"

"Evdə oturmuşuq, normal həyat yaşayırıq və öz işlərimizlə məşğul olmağa çalışırıq.

O qədər çəkilişdə, işdə olmuşam ki, bəzi işlərim evdə yığılıb qalmışdı. Ona görə də yavaş-yavaş öz işimlə məşğul oluram".

Son.az bildirir ki, bu sözləri teleqraf.com-a açıqlamasında əməkdar artist, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə deyib.

O, evdə yaradıcılığı ilə məşğul olduğunu açıqlayıb:

"Qızlarım ailələri ilə öz evlərində oturublar. Onlarla görüntülü danışıram. Özüm isə evdə kitab oxuyuram, televizora baxıram.

Əsas odur ki, bu vəziyyətdə özünü itirməyəsən. "Evdəqal" deməklə səni məhbus etməyiblər ki... Həm də dövlətimizi, həkimlərimizi fikirləşmək lazımdır, biz böyük bir ailəyik. Necə ki, balalarımızı düşünürük".

Əməkdar artist onu da deyib ki, hər kəs xəstələnsə həkimlərimiz onun öhdəsindən gələ bilməz:

"Bu demək deyil ki, koronavirusdan ölən çoxdur. Amma elə bir xəstəlikdir ki, ətrafındakı hər kəsi yoluxdurursan.