Su kanalında batan ata və oğlunun meyiti tapıldı


Digərləri 06 Apr 2020 21:25:00 149 0

Su kanalında batan ata və oğlunun meyiti tapıldı

Neftçala rayonunun Astanlı kəndində, "Baş Mil-Muğan" kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.