Bu ölkədə heyvan əti ilə bağlı DAHA BİR QƏRAR


Digərləri 06 Apr 2020 20:14:00 128 0

Bu ölkədə heyvan əti ilə bağlı DAHA BİR QƏRAR

Afrika ölkəsi Qabonda Kovid-19 pandemiyasında görə panqolin və yarasanın istehlakı və satışı dayandırılıb.

Son.az xəbər verir ki, bu barədə ölkənin Meşə və su naziri Li Vayt bildirib.

Nazirin sözlərinə görə, bu heyvanların yeyilməsinə koronavirusun yayılmasına səbəb olduqları üçün qadağa qoyulub.

Nəsli tükənmək təhlükəsi altında olan panqolinin, onsuz da, mühafizə altında olduğunu xatırladan Vayt qanunu pozanların cəzalandırılacağını dilə gətirib.

Qeyd edək ki, bu, Qabonda ilk belə qayda deyil. Ölkədə Ebola epidemiyasının yayıldığı dövrlərdə primatların yeyilməsi qadağan olunmuşdu. 88%-i meşədən ibarət olan Qabonda vəhşi heyvan ovu və ətinin istifadəsi geniş yayılıb.