"Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik"


Digərləri 06 Apr 2020 19:50:00 155 0

"Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik"

Bu gün bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusdan əziyyət çəkən dövlətlər sırasındadır. Lakin digərlərindən fərqli olaraq ölkəmizdə vaxtında görülən tədbirlər, atılan addımlar nəticəsində vəziyyət digərləri ilə müqayisədə qat-qat yaxşıdır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarlar, verilən tapşırıq və tövsiyələrin məqsədi ölkəmizin bu bəladan daha az itki ilə çıxmasıdır:

"Azərbaycan bir çox məsələlərlə bağlı əksər ölkələrdən daha çevik qərarlar qəbul edir, önləyici tədbirlər həyata keçirir, həmçinin bu prosesdə insan hüquq və azadlıqlarının qorunmasını da təmin etməyi bacarır".

C. Xəlilov söyləyib ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da Ölkə başçısı İlham Əliyevin çağırışı, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əməl etməklə yanaşı, cəmiyyəti, veteranları, gəncləri, ümumilikdə bütün ictimaiyyəti qaydalara riayət etməyə çağırır.

Ölkəmizdə pandemiya ilə mübarizədə dövlət qurumlarının tam məsuliyyətlə çalışdığını deyən ehtiyatda olan polkovnik vurğulayıb ki, tibb işçiləri, polislər və bütövlükdə bu prosesdə iştirak edən bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər: