Cənubi Koreyada koronavirus testlərinin təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb


Dünya 06 Apr 2020 19:24:00 140 0

Cənubi Koreyada koronavirus testlərinin təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb

Cənubi Koreyada koronavirus testlərinin daha sürətli və təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, kapsullar şəffaf plastikdən hazırlanıb və tibbi əlcəklərlə təmin olunub.

Kapsulun içərisində xüsusi ventilyasiya sistemi sayəsində mənfi atmosfer təzyiqi mövcuddur ki, bu da virusun kapsuldan kənara çıxmasının qarşısını alır.

Beləliklə, həkim yoluxma təhlükəsi olmadan kapsulda olan dəliklər vasitəsilə içəridəki xəstəni müayinə edə bilər.

Hazırda paytaxt Seulda dörd bu cür kapsul fəaliyyət göstərir. Hər xəstədən sonra kapsulun içərisi dezinfeksiya edilir.