Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub


Digərləri 06 Apr 2020 19:00:00 130 0

Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

Bakı Ali Neft Məktəbinin tələbələri "Khan Academy Azərbaycanca" tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən "Quarantine" adlı tərcümə "Hackathon"unda qalib olub. 

Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi "My bed panic" komandası yarışmada II yerə layiq görülüblər.

"Hackathon" çərçivəsində iştirakçılar "Khan Academy"nin xüsusi sistemində riyaziyyat, kimya, biologiya, incəsənət, fizika, tibb və s. kimi mövzularda olan kontentləri ingilis dilindən Azərbaycan dilinə tərcümə ediblər.

8 gün davam edən "Hackathon"da Ali Məktəbin "My bed Panic" komandası 360 000-dən çox söz tərcümə etməyə nail olub.