Müsəlman icmasının rəhbəri də koronadan öldü


Dünya 06 Apr 2020 18:13:00 129 0

Müsəlman icmasının rəhbəri də koronadan öldü

İspaniyanın Müsəlman İcmasının rəhbəri, İspaniya İslam Komissiyasının sədri Riay Tatari Bakri koronavirusdan dünyasını dəyişib.

Son.az axar.az-a istinadən xəbər verir ki, Bakri Madridin Tetuan rayonundakı məscidin imamı olub. Bir neçə gün əvvəl o, şəhər xəstəxanalarından birinə yerləşdirilib. 72 yaşlı Bakri ilə bərabər onun həyata yoldaşının da ağır vəziyyətdə olduğu bildirilib.

Qeyd edək ki, Bakri həmçinin tibb elmləri doktoru olub. O, Dəməşqdə anadan olub, 1970-ci illərin əvvəlindən İspaniyada yaşayırdı.