Namiq əzələ şişirən məşhurları bəyənmir


Şou-biznes 06 Apr 2020 18:56:00 150 0

Namiq əzələ şişirən məşhurları bəyənmir

Hər zamanı idmanı evdə edirdim. Vaxt olmadığından həftədə bir dəfə, on gündə bir dəfə güclə çatdırırdım. İndi günaşırı edirəm.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Xəzər" TV-də yayımlanan "5/5" verilişində deyib.

O, sənətçilərin idmanla bədəninin həcmini böyütməsini qəbul etmədiyini bildirib:

"Bəzi müğənnilərimiz idman barədə elə danışırlar ki, elə bil idmançıdırlar. Sənət adamına qol əzələsini böyütməyi yaraşdırmıram. Düşünürəm ki, idmançı belə olmalıdır. Sənət adamı formada qalmalıdır ki, libas geyinəndə yaxşı görünsün. Ayaq əməliyyatından sonra mən də formadan çıxmışdım, o da düzələcək".