Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 23 nəfər koronavirusa yoluxub


Dünya 06 Apr 2020 18:44:50 121 0

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 23 nəfər koronavirusa yoluxub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində təsdiqlənən koronavirusa yoluxma halları artıb.

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində təsdiqlənən koronavirusa yoluxma halları artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşviliməlumat verib.

Onun sözlərinə görə, bu günə qədər yoluxma hallarının sayı 21 təşkil edirdisə, artıq 23-ə çatıb.

Qubernator deyib ki, Kvemo Kartlidə biri uşaq xəstəxanası olmaqla,9 hospital var və onların hamısı pasiyentlərin qəbulu üçün tam hazır vəziyyətə gətirilib.