Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur FOTO


Digərləri 06 Apr 2020 18:15:00 192 0

Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur  FOTO

Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Agentlikdən Son.az-a verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir küçə dizaynının elemetlərindən istifadə edilib.

Yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb. Kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib, cib tipli parklanma yerləri təşkil edilib, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.

Eyni zamanda Məzahir Rüstəmov küçəsinin Seyid Əzim Şirvani küçəsi ilə kəsişməsində hərəkət təhlükəsizliyinin artırılması məqsədilə svetofor obyektinin quraşdırılması istiqamətində işlər aparılır.