Çernobılda meşə yanğınları radiasiya səviyyəsini artırıb


Dünya 06 Apr 2020 18:40:00 228 0

Çernobılda meşə yanğınları radiasiya səviyyəsini artırıb

Çernobıl təcrid zonasında günlərlə davam edən meşə yanğınları radiasiya səviyyəsini 16 dəfə artırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Aprelin 4-də girişin qadağan olunduğu təcrid zonasında başlayan yanğınları hələ ki, nəzarət altına almaq mümkün olmayıb.

Yanğınlar səbəbindən 2 gün ərzində 20 hektar meşə sahəsinin məhv olduğu bildirilib. Mütəxəssislər tərəfindən ərazidə aparılan ölçmələr nəticəsində radiasiya səviyyəsinin 16,5 dəfə artdığı məlum olub.

Yanğınların səbəbi hələlik müəyyən olunmasa belə mütəxəssislər yanğınların insan ehtiyyatsızlığı səbəbindən başladığını güman edir.