“Kənd Sovqatı” layihəsinə daxil olan ailələrin sayı artırılacaq


İqtisadiyyat 06 Apr 2020 18:22:03 153 0

“Kənd Sovqatı” layihəsinə daxil olan ailələrin sayı artırılacaq

​“Kənd Sovqatı” layihəsinə daxil olan ailələrin sayı artırılacaq

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Kənd Sovqatı” layihəsinin icrasını davam etdirir.

"Report" xəbər verir ki, bu barədəKənd Təsərüfatı Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki,dünyada yayılmış COVİD-19 pandemiyası səbəbilə ölkədə tətbiq edilən xüsusi karantin rejimində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi ilə birgə müxtəlif dəstək addımılarında iştirak edən Aqrar İnkişaf Könüllüləri bu istiqamətdə daha bir uğurlu aksiya yaradaraq 65 yaşdan yuxarı ahıllar və aztəminatlı ailələr üçün “Kənd Sovqatı” layihəsi çərçivəsində ərzaq yardımına başlayıblar. Könüllülər ilkin mərhələdə 50 regionda 150-dək ailəyə kömək edəcəklər, lakin dəstək göstərən tərəfdaş şirkətlərin qərarlarına uyğun olaraq ailələrin sayının 1000-ə qədər yüksəldilməsi hədəflənib.

Bundan başqa, könüllülər bir neçə böyük layihədə çalışırlar. Onlar əhalinin maariflənidirilməsi, yerlərdə insanların onlayn fəaliyyətinə dəstəyin verilməsi, eləcə də yaşlı və ehtiyaclı insanların araşdırılıb qeydə alınması və onlara müxtəlif istiqmətli dəstəyin verilməsində iştirak edirlər.

Qeyd edək ki, əvvəlki illərin də ənənəsi ilə “Kənd Sovqatı” “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının uzunmüdətli davamlı layihəsidir. Layihənin məqsədi sosial məsuliyyət prinsipi əsasında yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi, onlara psixoloji və maddi dəstəyin göstərilməsidir. Layihə çərçivəsində ölkənin bütün regionlarında müxtəlif ailələrin ehtiyacları nəzərə alınıraq dəstək göstərilir, həmçinin şəhid ailələri və ahıllar könüllülər tərəfindən mütəmadi ziyarət edilir.