“Sefirin kızı”nın əvəzinə başqa serial yayımlanacaq


Digərləri 06 Apr 2020 18:08:42 150 0

“Sefirin kızı”nın əvəzinə başqa serial yayımlanacaq

Hər bazar ertəsi "Star" TV-də yayımlanan "Sefirin kızı" serialının yayımı bir müddətlik dayandırılıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, baş rollarında Neslihan Atagül, Engin Akyürek və Uraz Kaygılaroğlunun olduğu serialın Muğladakı çəkilişlərinə koronavirusa görə ara verilib.

Ötən həftə serialın rejissoru Emre Kabakuşak bir müddət ekranda olmayacaqlarını açıqlayıb.

"Star" TV isə "Sefirin kızı"nın əvəzinə 2016-2017-ci illərdə efirdə olan "Anne" serialını yenidən yayımlamaq qərarı verib.