Azərbaycanda pomidor ucuzlaşıb


İqtisadiyyat 06 Apr 2020 17:03:53 128 0

Azərbaycanda pomidor ucuzlaşıb

"Son üç gündə Azərbaycanda pomidorun 1 kiloqramının qiyməti 1,5 manata düşüb"

"Son üç gündə Azərbaycanda pomidorun 1 kiloqramının qiyməti 1,5 manata düşüb".

Bunu "Report"a açıqlamasındaKənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, ucuzlaşmaya həm ölkə daxilində, həm də ölkə xaricində pomidora tələbatın azalması və bolluq yaranmasısəbəb olub: "Hazırda Azərbaycanda pomidor mövsümü deyil, məhsul yalnızistixana şəraitində yetişdirilir. İndiyə qədərpomidor əsasən Rusiya, Ukrayna və Belarusa ixrac edilirdi. Amma bu ölkələrdəkoronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejimi pomidora tələbatı azaldıb. İndi xüsusilə Rusiyaya pomidor ixrac etmək sərfəli deyil, odur ki, yerli sahibkarlar məhsulu daxili bazara yönəldiblər və bolluq yaranıb.

Elə Azərbaycanda da karantin rejimi aqrar məhsullara, o cümlədən pomidora tələbatı azaldıb.Hazırda ölkədə şadlıq və mərasimsarayları fəaliyyət göstərmir, toy və yas kimi tədbirlərkeçirilmir. Turizm sektorunda da işlərtam şəkildə dayanıb, ictimai iaşə obyektləri də fəaliyyət göstərmir. Bunlarkənd təsərrüfatı məhsullarının topdansatış alıcıları idi və hazırda işləmədikləri üçündaxili tələb 5% azalıb. Bazarda təkif isə əksinə, 5% artıb.Bu da ucuzlaşma yaradır".