Koronavirus avtomobil sənayesinə nə qədər ziyan vurub?


İqtisadiyyat 06 Apr 2020 17:09:59 117 0

Koronavirus avtomobil sənayesinə nə qədər ziyan vurub?

Bu ayın sonuna qədər dünyada epidemioloji vəziyyət düzəltməsə və avtomobil istehsalı müəssisələri işə salınmasa, avtomobil sənayesinin zərəri azı 100 milyard ABŞ dolları olacaq

Bu ayın sonuna qədər dünyada epidemioloji vəziyyət düzəltməsə və avtomobil istehsalımüəssisələri işə salınmasa, avtomobil sənayesinin zərəriazı 100 milyard ABŞ dolları olacaq.

“Report” "Financial Times" nəşrinəistinadən xəbər verir ki, bu barədə “Auto Analysis” araşdırma mərkəzi məlumat yayıb.

Məlumata görə, koronaviruspandemiyası nəticəsində hazırda həm Avropada, həm də Şimali Amerikada avtomobil zavodlarınınaz qala hamısı bağlıdır. Bu isə istehsalçılara hər həftə 15,5 milard avro ziyan vurur (Avropada 8 milyard avro, Şimali Amerikada 7,5 milyard ABŞ dollarıo). Mayın 1-nə qədər istehsal bərpa olunması avropalı istehsalçıların zərəri 66 milyard avroya, amerikalı istehsalçıların zərəri isə 52 milard ABŞ dollarına çata bilər.

Bu rəqəmlər hər 2 regionda karantin müddətində satıla biləcək avtomobillərin sayına görə ortaya çıxıb. Bütövlükdə koronavirus epidemiyasına görəsatılmayan avtomobillərin sayının bu ayın sonuna qədər,6 milyona çatacağı güman edilir.