“Həyatı boyu botoks etdirmərəm”
Şou-biznes 06 Apr 2020 16:23:00 182 0
ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı xalq artisti Mələkxanım Əyyubova olub. Son.az bildirir ki, maraqlı açıqlamalar edən xanəndə heç vaxt botoks etdirməyəcəyini deyib: "Botoksun əleyhinə deyiləm, amma istəsəm də edə bilmərəm. Mimikayla danışan insanam. Muğam ifaçısıyam. Botoksla üzümü keyləşdirsəm, o zil diapazonlarda necə ifa edərəm?!"
Mənbə: milli.az