İsveçrədə son üç həftə ərzində ən aşağı yoluxma qeydə alınıb


Dünya 06 Apr 2020 16:02:57 125 0

İsveçrədə son üç həftə ərzində ən aşağı yoluxma qeydə alınıb

İsveçrədə son sutka ərzində koronavirusa yoluxma hallarının sayı 552 olub, 25 nəfər virusdan ölüb

İsveçrədə son sutka ərzində koronavirusa yoluxma hallarının sayı 552 olub, 25 nəfər virusdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Federal İctimai Səhiyyə İdarəsi məlumat verib.

Qeyd olunub ki, bu, son üç həftə ərzində ən aşağı yoluxma göstəricisidir.

Rəsmi məlumatlara görə, İsveçrədə hazırda 21 652 nəfər yeni növ koronavirusa yoluxub. Virusdan ölənlərin sayı isə 584-dür.