Amerikalı baş infeksiyaçı: "Koronarivus mövsümi xarakter daşıya bilər"


Dünya 06 Apr 2020 15:39:00 113 0

Amerikalı baş infeksiyaçı: "Koronarivus mövsümi xarakter daşıya bilər"

Bütün ölkələrin birgə səyləri ilə belə yeni növ koronavikrusu tam məhv etmək mümkün olmayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikri ABŞ-ın Allergiya və İnfeksiya Xəstəlikləri Milli İnstitutunun direktoru Entoni Fauçi səsləndirib.

O, virusun tam yoxa çıxması ehtimalının az olduğunu vurğulayıb:

"Bununla belə, virusa qarşı qlobal mübarizə vacibdir. Əgər dünya səviyyəsində nəzarət ələ alınmasa, koronarivus mövsümi xarakter daşıya bilər".