Türkdilli ölkələr COVID-19-a qarşı həmrəylik göstərir


Siyasət 06 Apr 2020 14:59:07 132 0

Türkdilli ölkələr COVID-19-a qarşı həmrəylik göstərir

Türk Şurasının (Türk Kənəşi) baş katibi Bağdad Əmreyev təşkilatın üzv ölkələri arasında yeni koronavirusa qarşı əməkdaşlıq, həmrəylik, dəyanət səviyyəsini yüksək qiymətləındirib.

Türk Şurasının (Türk Kənəşi) baş katibi Bağdad Əmreyev təşkilatın üzv ölkələri arasında yeni koronavirusa qarşı əməkdaşlıq, həmrəylik, dəyanət səviyyəsini yüksək qiymətləındirib.

“Report” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, dünya birliyinin CİVID-19-a qarşı qətiyyətli və əlaqəli mübarizə aparmasının vacibliyini qeyd edən Türk Şurasının baş katibi təşkilatın istər üzv ölkələri Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkiyə, Türkmənistanın, istərsə də müşahidəçi statusa malik Macarıstanın da koronavirusun qarşısını almaq əzmində olduqlarını göstərdiklərini dilə gətirib.

“Bu birgə səylər və əməkdaşlıq çərçivəsində Türkiyə ilk olaraq Azərbaycana test dəstrlərini göndərib bu qardaş ölkəyə həmin xəstəliyə ilk tuş gələnlərin müayinəsi üçün lazımi imkanlar əldə etməyə kömək olub. Bu çətin dövrdə epidemiyanın Avropada yayılması xəbərləri gələn kimi Türk Şurasının üzv ölkələri birinci olaraq Macarıstana tibbi dəstək göstərməyə başladılar. Azərbaycan, Türkiyə, Özbəkistan tibbi ləvazimatı, o cümlədən son dərəcə zəruri olan üz maskalarını Macarıstana çatdırdılar”, – B.Əmreyev vurğulayıb.