Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin bitməsinin


Dünya 06 Apr 2020 14:59:50 155 0

Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin bitməsinin

Dünyanın bir sıra ölkələri kimi, Azərbaycanda da karantin və sosial təcrid rejimi tətbiq olunub. "Evdə qal!" çağırışı günün şüarıdır indi.

Bəs COVİD-19 koronavirus pandemiyasına bəşər övladı nə zaman tam qalib gələcək? Virusa yoluxma qorxusu və riski olmadan nə zaman evdən çıxa biləcəyik? Konsertlər, futbol matçları nə zaman bərpa olunacaq?

The Atlantic-in məşhur yazarı Co Pinsker hesab edir ki, COVİD-19 koronavirus pandemiyası bir-iki il davam edə bilrə, amma normal həyat şərtləri daha tez bərpa olunacaq. O, alimlər arasında sorğu keçirib və bəlli olub ki, indiki fəlakətli durumdan çıxışın 4 variasiyası var.

Fəqət, alimlərin tam əksəriyyəti hesab edirlər ki, koronavirus pandemiyası daha tez başa çatacaq. Bu isə dövlətlərdən, hakimiyyətlərdən, rəsmi qurumlardan və bizdən yox, koronavirusdan asılıdır.

Beləliklə, normal həyat nə zaman bərpa olunacaq? Cavab sadədir: dünya əhalisinin 60 və ya 80 faizi COVİD-19 koronavirusuna dayanıqlı olanda, virusun insandan insana keçməsinin qarşısı alınanda.

Bu, bəşəriyyət qarşısında duran əsas məqsəddir.

Koronavirusun zərərsiz hala düşəcəyi kütləvi immunitetə çatmağın iki yolu var.

İlk yol, təbii ki, peyvəndin hazırlanması, ikinci yol isə virusun azad yayılmasına imkan vermək və bu minvalla viuksdan sağalaraq ona qarşı immunitet formalaşdıran insanların sayının artırılmasıdır.

"Həmin adamlar "teflon" rolunu oynayacaqlar", - İrvayndakı Kaliforniya Universitetinin ictimai səhiyyə kafedrasının professoru Endryu Noymer deyib. Onun sözlərinə görə, koronavirus pandemiyasına yoluxaraq sağalan adamlar bir daha bu virusa yoluxmayacaqlar, xəstəliyə də kimsəni yoluxdurmayacaqlar.

Lakin biz hələ də bilmirik ki, COVİD-19-dan sağalma insanda tam immunitet yaradır, ya yox.

ABŞ deyəsən, ikinci yolu tutub və artıq yay aylarında Birləşmiş Ştatlarda normal həyatın bəzi elementləri bərpa olunacaq. Məsələn, ofislər və restoranlar açılacaq, amma çimərlikdə istirahət və ya musiqi festivalları olmayacaq.

Əsas problem odur ki, kimin yoluxduğu, kimin yoluxmaya məruz qaldığını, kimin də artıq sağaldığını və immunitet qazandığını dəqiq təyin edə bilsinlər. Bunun üçün genişmiqyaslı testləmə prosedurları aparılmalıdır.

Belə prosedur isə, əfsuslar olsun ki, hələ də yoxdur.

Çin koronavirusa faktiki qalib gəldiyini və genişmiqyaslı testləmə əməliyyatının aparıldığını deyir. Avropalılar isə şikayət edirlər ki, Çində istehsal olunmuş koronavirus testləri keyfiyyətli deyil.

Ona görə də koronavirusu tam, dəqiq təyin edən test hələ də ərsəyə gətirilməyib.

Ümumiyyətlə isə, alimlər hesab edirlər ki, təcrid və ya karantin rejimi 8-12 həftə davam etməlidir.

ABŞ prezidenti Donald Tramp "yaxın müddədə karantin rejimi bitəcək" deyir, lakin bu, Birləşmiş Ştatlar üçün fəlakətli nəticələr verə bilər.

Belədirsə, normal həyata qayıdışın 4 ehtimal qrafikinə nəzər salaq.

1-ci qrafik. 1-2 ay...

T.Çan adına Harvard İctimai Səhiyyə Məktəbinin əməkdaşı, epidemiologiya professoru Uilyam Heneyc hesab edir ki, bü müddət yalnız koronavirusun ciddi, çox təhlükəli patogen olmadığı aşkarlanarsa mümkündür.

COVİD-19 koronavirusuna yoluxanların tam əksəriyyəti xəstəliyin müalicəsini asan keçirirlər və bu, insanlarda koronavirusa qarşı immunitetin yaranmağa başladığına dəlalət edir.

Sosial təcrid və karantin rejimindən imtina olunarsa, yaxın aylar ərzində koronavirusun genişmiqyaslı, qısamüddətli və kəskin "partlayış"ı istisna deyil.

Belədə həddən artıq çox insan vəfat edəcək, səhiyyə sistemləri çökəcək. Amma sağalanların sayı o qədər artacaq ki, bəşəriyyət total immunitetə doğru iri addım atacaq.