İndoneziyada ölənlərin sayı 200-ü ötdü


Dünya 06 Apr 2020 14:33:23 138 0

İndoneziyada ölənlərin sayı 200-ü ötdü

Martın sonundan İndoneziyada fövqəladə vəziyyət rejimi tətbiq edilib

İndoneziyada koronavirusa yoluxanların sayı 2 491-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İndoneziya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada 218 nəfər virusa yoluxub.

İndoneziya Səhiyyə Nazirliyi Xəstəliklərə nəzarət və profilaktika üzrə idarənin başçısı Əhməd Yurianto aprelin 6-da keçirdiyi mətbuat konfransında son sutkada 11 nəfərin öldüyünü deyib.

Onun sözlərinə görə, ümumilikdə 209 nəfər koronavirusun qurbanı olub.

Xatırladaq ki, mart ayının sonundan İndoneziyada fövqəladə vəziyyət rejimi tətbiq edilib.